Thu Apr 07 2022 16:55:00 GMT+0400 (Azerbaijan Standard Time)

"Şuşa İli"nə həsr edilmiş xüsusi qrant müsabiqəsinin elanı

Qeyri-hökumət təşkilatlarının nəzərinə!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edir. 
Müsabiqədə iştirak üçün layihə təklifləri [email protected] elektron poçt ünvanı vasitəsi ilə qəbul ediləcək. 
Nəzərinizə çatdırırıq ki, layihələrin qəbulu 7 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il saat 18:00-a kimi təşkil ediləcək.
Ətraflı məlumatı e-qrant.az saytından əldə edə bilərsiniz.